Bunu da bilin
“Heyratı” zərbi-muğamı təntənəli və mübariz xarakterli birhissəli əsərdir. Bu zərbi-muğam insanda xoş və mübariz əhvali-ruhiyyə yaradır.
“Heyratı”nın marş xarakterli olması imkan verir ki, ondan bayram günlərində keçirilən hərbi baxışlarda istifadə olunsun. Bu zərbi-muğamın xanə ölçüsü 2/4-dir və “Rast” ladında səslənir.
Yeni mahnı öyrənək
İSTİQLAL BAYRAMI
Musiqisi Rəşid Şəfəqin,
sözləri Valeh Mirzənindir.
II
Bizi sevməyənləri
Yandırdıq odumuzla.
Adınla bir səslənən
Müqəddəs adımızla.
Nəqərat:
Düz niyyətlisən
Bu dünyada sən,
Ey mənim ana
Vətənim!
III
Böyük tarixi olan
Bir millətin oğluyuq!
İstiqlalı yaradan
Xalqın mətin oğluyuq!
“İstiqlal bayramı” mahnısı “Rast” muğamına əsaslanır, xanə ölçüsü 2/4-dir, marş tempində səslənir, xaraktercə “Heyratı” zərbi-muğamına yaxındır.
SUAL VƏ TAPŞIRIQLAR:
1. P.Çaykovskinin “6-cı simfoniya”sının köməkçi mövzusunun xarakteri
necədir?
2. “Heyratı” necə xarakterə malik bir zərbi-muğamdır?
3. Kədərli olduğunuz anlarda hansı musiqi nümunəsini dinləyirsiniz və bu
sizin əhvalınıza necə təsir edir? Bu haqda danışın.