Notla oxuyaq
Ü.Hacıbəyli. “Milli marş”
mahnısından bir parça
Yeni mahnı öyrənək
AZƏRBAYCAN
Musiqisi Emin Sabitoğlunun,
sözləri Sədaqət Əhmədovanındır.
Od ürəkli, od nəfəsli diyarım,
Ocağına can qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban,
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında,
Bayrağına canım qurban, Azərbaycan!
SUAL VƏ TAPŞIRIQLAR:
1. Müstəqillik günü haqqında nə bilirsiniz?
2. “Azərbaycan” mahnısında Sədaqət Əhmədova və Emin Sabitoğlu hansı
sözlərlə və hansı musiqi ifadə vasitələri ilə Vətən obrazını yaradıblar?