Yeni mahnı öyrənək
UŞAQLAR SEVİNSİN HƏMİŞƏ
Musiqisi Oqtay Rəcəbovun,
sözləri Məmməd İsmayılovundur.
I
Bu dünya hamıya beşikdir,
Bu dünya hamıya anadır.
Uşaqlar dünyanın sabahı,
Uşaqlar sabaha can atır.
Nəqərat:
Arzular gül açıb güllənsin,
Torpaqlar sevinsin həmişə.
Günəşə dil açıb dillənsin,
Uşaqlar sevinsin həmişə.
II
Sülh olsun, yer üzü gül olsun,
Uşaqlar böyüsün firavan.
Günəşin nuruyla yuyulsun
Bu yerlər, bu göylər, bu cahan.
Nəqərat:
III
Böyüklər, bəs kimdən sorulsun,
Cavabı suallı uşaqlar.
Beləcə böyüyüb boy atsın
Atalı-analı uşaqlar.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Operetta nədir?
2. Ü.Hacıbəyli “O olmasın, bu olsun” operettasında “Məşədi İbadın Gülnaz
və qulluqçu Sənəmlə triosu”nda hansı xalq mahnısından istifadə etmişdir?
3. “Məşədi İbadla Rüstəm bəyin dueti” hansı janra aiddir?
4. Duet nədir? Hansı mahnını duet şəklində oxumaq istəyərdiniz və kiminlə?