İki musiqi əsərinin oxşar və fərqli cəhətləri:
Mahnını yada salaq və oxuyaq
AZƏRBAYCAN
I
Azərbaycan, gözlərimin qarası,
Azərbaycan, həyatımın mənası.
Nə deyim ki, layiq olsun vəsfinə?
Ey Vətənim, anaların anası!
Azərbaycan, anaların anası!
Bir ağacsan, mən də sənə budağam,
Bir budaqsan, sənə yarpağam.
Bir nəğməsən, mən də hər an, hər zaman
O nəğməyə möhtac dodağam.
Musiqisi Aygün Səmədzadənin,
sözləri Kəmalə Abıyevanındır
Nəqərat:
Torpağını geyinərəm əynimə,
Kür, Arazı axıdaram könlümə.
Xəzərimi məlhəm edib gələrəm, gələrəm,
Ey vətənim, dəyən olsa könlünə.
II
Məğrur səsin azadlığın sədası,
Şəhidlərin, ölməzliyin nidası.
Azərbaycan qalibiyyət dünyası,
İgidliyin sarsılmayan qalası!
Azərbaycan, anaların anası!
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR:
1. “Sevil” operasında “Sevilin ariyası”nda hansı Azərbaycan xalq
mahnısının intonasiyaları duyulur?
2. Qara Qarayevin dinlədiyiniz “Vals”ı hansı balet üçün yazılıb?
3. Aygün Səmədzadənin Kəmalə Abıyevanın sözlərinə bəstələdiyi “Azərbaycan
” mahnısında şair Azərbaycanı hansı sözlərlə təsvir edib ? Yurda sevgisini
necə bildirib? Siz hansı sözləri əlavə edərdiniz? Bu haqda danışın.