Musiqi dinləyək
Ü.Hacıbəyli. “O olmasın, bu olsun”.
Məşədi İbad və Gülnazla Sənəmin triosu
Bunu da bilin
Trio üç musiqiçinin birlikdə ifası deməkdir. Dinlənilən trio - vokal triosu adlanır. Bu musiqi nümunəsinin bəndini Məşədi İbad, nəqəratını isə ikisəsli kimi Gülnazla Sənəm ifa edir.
Notla oxuyaq
HÜSNÜ BAĞINDA
(Azərbaycan xalq mahnısı)
Bəstəkar “Məşədi İbad”ın mahnısı və “Məşədi İbadla Rüstəm bəyin dueti”ndə “Darçını” və “Uzundərə” Azərbaycan xalq rəqslərindən istifadə etmişdir.
Musiqi dinləyək və “Darçını" rəqsi ilə müqayisə edək.
Ü.Hacıbəyli. “O olmasın, bu olsun”.
Məşədi İbadla Rüstəm bəyin dueti
Bunu da bilin
Duet iki musiqiçinin birgə ifasıdır. “Məşədi İbadla Rüstəm bəyin dueti" vokal duet adlanır.