27. AZƏRBAYCAN XALQ RƏQSLƏRİ VƏ BALET
XVIII əsrin əvvəllərində İtaliya, Fransa və s. kimi ölkələrdə sərbəst janra çevrilən balet latıncadan “ballo”, yəni “rəqs edirəm” sözündən götürülən səhnə əsəridir. Musiqinin balet janrında çox böyük rolu vardır. Belə ki, baletdə musiqi rəqs və pantomimanı müşayiət etməklə bərabər, eyni zamanda əsərin dramatik məzmununu özündə əks etdirir. Azərbaycan baletinin yaranma tarixi Xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəylinin adı ilə bağlıdır. Bəstəkar “Qız qalası” baleti ilə Azərbaycanda bu janrın əsasını qoydu. “Qız qalası” baletində bəstəkar xalq mahnılarımızdan, muğam təsniflərindən, həm də Azərbaycan xalq rəqslərindən geniş istifadə etmişdir. Məsələn, mahnı-rəqs janrında olan “Ay bəri bax”, sırf Azərbaycan xalq rəqsi olan “Şalaxo”, “Tərəkəmə”, “Kikican” kimi musiqi nümunələri simfonik orkestrin ifasında “Qız qalası” baletinə xüsusi gözəllik verir.
Bəstəkarın Məmməd Səid Ordubadinin librettosu əsasında yazdığı “Nizami”, özünün librettosu əsasında “Söyüdlər ağlamaz” operaları, Nəsiminin qəzəlləri əsasında “Xoreoqrafik freskalar” və s. əsərləri dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Musiqi dinləyək
“Tərəkəmə” Azərbaycan xalq rəqsindən bir parça