Mahnını notla və sözləri ilə oxuyaq
Ş.Axundova. “Gəlin qayası” operasından
“Gülbaharın mahnısı”
Mahnını yada salaq və oxuyaq
VƏTƏNİMSƏN
Musiqisi Ramiz Mirişlinin,
sözləri Fikrət Qocanındır.
I
Dağ gülləri min rəng çalır xalı kimi,
Bənövşələr gözəllərin xalı kimi.
Nəğmələr də dodaqların balı kimi
Şirinləyir dodaqları səhər-axşam.
Nəqərat:
Ana torpaq, ana diyar, sən mənimsən,
Ömrüm, günüm, ruhum, canım, Vətənimsən.
II
Göllərində öz şəklini ceyran öpər,
Örpək kimi dumanları dağlar örtər.
Dağlarının ağ saçından zaman ötər,
Abşeronun Xəzər üstə yanan bir şam.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR:
1. Muğam-operada muğamlarla yanaşı, daha hansı ədəbi və musiqi
janrlarından istifadə edilir?
2. İlk muğam-opera nə vaxt və kim tərəfindən yazılmışdır?
3. “Vətənimsən” mahnısında Vətənin tərənnümü haqqında danışın.