O gündən bu günədək 100 ildən artıqdır ki, bu opera səhnədədir. Operanın ilk tamaşasının dirijoru tanınmış dramaturq və yazıçı Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski, Məcnun rolunun ifaçısı aktyor Hüseynqulu Sarabski, Leyli rolunu oynayan gənc çayçı oğlan Əbdürrəhim Fərəcov idi.
Üzeyir Hacıbəyli özü isə orkestrdə Hüseynqulu Sarabski skripka çalırdı. Bəstəkar operada muğamlardan geniş istifadə etdiyi üçün opera muğam-opera adlanır. Operada muğamlarla yanaşı, mərsiyələrdən, xalq rəqslərindən də istifadə edilmişdir.
Musiqi dinləyək
Ü.Hacıbəyli. “Leyli və Məcnun” operasının I pərdəsindən
Qeyslə (Məcnunla) atasının muğam üstündə
ifalarından bir parça
Bunu da bilin
Bu operadan sonra bəstəkar Müslüm Maqomayev özünün “Şah İsmayıl” operasında Üzeyir Hacıbəylinin ənənələrini davam etdirərək muğamlardan istifadə etdi
Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Cahangir Cahangirovun “Xanəndənin taleyi”, Şəfiqə Axundovanın “Gəlin qayası” operalarında da muğamlardan geniş istifadə olunmuşdur.
O zaman səhnədə qadın aktrisalar olmadığından qadın rollarını kişilər ifa edirdi. “Leyli və Məcnun”un sonrakı tamaşalarında Leyli rolunu Əhməd Ağdamski oynayırdı.