Bunu da bilin
Ən iri diapazona malik olan orkestr simfonik orkestrdir və onun tərkibində dörd qrup musiqi aləti olur:
1) Simli musiqi alətlər qrupu: skripkalar, altlar, violonçellər, kontrabaslar;
2) Ağac nəfəs alətləri qrupu: fleyta, qoboy, klarnet, faqot;
3) Mis nəfəs alətləri qrupu: valtoma, truba, trombon və tuba;
4) Zərb musiqi alətləri qrupu: litavralar, cürbəcür barabanlar, ksilofon, çelesta, vibrafon və s.
Yeni mahnı öyrənək
ŞƏNLİK MAHNISI
Musiqisi Musa Mirzəyevin,
sözləri Hikmət Ziyanındır.
I
Gəlin, gəlin, uşaqlar,
Şənlik edək biz yenə.
Şirin nəğmə oxuyaq
Bu sevimli Vətənə.
Nəqərat:
Görün necə bəxtiyar,
Gözəl günlərimiz var. (2)
II
Qarmon səsi çağırır
Bu gün bizi şənliyə.
Təzə mahnı oxuyaq,
Olsun sizə hədiyyə!
Nəqərat:
Görün necə bəxtiyar,
Gözəl günlərimiz var. (2)
III
Süfrəmizdə qoy olsun
Təbiətin neməti.
Min illərlə yaşasın
Azərbaycan milləti.
Nəqərat:
Görün necə bəxtiyar,
Gözəl günlərimiz var. (2)
SUAL VƏ TAPŞIRIQLAR:
1. Hansı simfonik muğamları tanıyırsınız?
2. İlk simfonik muğamlar və onu yaradan bəstəkar haqqında nə bilirsiniz?
3. Simfonik orkestr haqqında nə bilirsiniz?
4. Dinlədiyiniz simfonik muğamlar haqqında danışın.