Sonralar böyük dirijor və bəstəkar, maestro Niyazi “Rast”, ondan bir qədər sonra isə Xalq artisti, bəstəkar Süleyman Ələsgərov “Bayatı-Şiraz” simfonik muğamlarını araya-ərsəyə gətirdilər. XX əsrin sonları, XXI əsrin əvvəllərində bəstəkar Tofiq Bakıxanovun “Nəva”, “Hümayun”, “Dügah”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları da işıq üzü gördü.
Şərq musiqisi Qərb simfonik orkestrinin ifasında çox ecazkar səslənir. Məhz bu baxımdan bu simfonik muğamlar çoxlu sayda Avropa ölkələrində və ABŞ-da dəfələrlə səslənərək dinləyiciləri heyran etdi.
Musiqi dinləyək
Fikrət Əmirov. “Kürd-Ovşarı” simfonik
muğamından bir parça
Notla oxuyaq
“Kürdü” şöbəsinin melodiyası
“Şur” simfonik muğamının girişindən bir parça
“Şur” simfonik muğamında Azərbaycanın zəngin təbiəti musiqi dili vasitəsilə çox gözəl təsvir olunur.