25. AZƏRBAYCAN MUĞAMLARI
VƏ SİMFONİK ORKESTR
Azərbaycan klassik muğamlarının bir qismi simfonik orkestrin ifasında da səslənir ki, buna simfonik muğamlar deyilir. Simfonik muğam janrının ilk yaradıcısı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov olmuşdur. Böyük bəstəkar “Kürd-Ovşarı” və “Şur” simfonik muğamlarına görə “Dövlət mükafatı”na layiq görülmüşdür.