1. MUSİQİDƏ TƏZADLILIQ
Musiqidə təzadlılıq ifadə vasitələri, templər, dinamik nüanslarda özünü göstərir.
Musiqi əsərlərində cəld və ağır templər var. Cəld və ağır tempin sxemini belə göstərmək olar:
Cəld və ağır templər bir-biri ilə təzadlıdır.
Musiqi ifadə vasitəsi olan dinamik nüanslar arasında da təzadlılıq mövcuddur. Məsələn, güclü səslənmə işarəsi olan forte (f) və zəif səslənmə işarəsi olan piano (p) arasında təzadlılıq var.
Musiqi dinləyək
Fikrət Əmirov.
“Sevil” operasından “Sevilin ariyası”
Fikrət Əmirovun “Sevil” operasında “Sevilin ariyası’nda “Onu demə, zalım yar” Azərbaycan xalq mahnısının intonasiyaları duyulur. “Sevil” operasında Sevil rolunun ən yaxşı ifaçısı Xalq artisti Firəngiz Əhmədova olub.
Musiqi dinləyək
Qara Qarayev. “Yeddi gözəl” baletindən “Vals”
Valsın xanə ölçüsü, əsasən, 3/4 olur.