Notla oxuyaq
Nazim Əliverdibəyov.
“Bayatı-Şiraz” (a kapella) əsərindən melodiya
Bunu da bilin
Vokal musiqisi təksəsli olmaqla bərabər, həm də iki, daha çox səsli şəklində ifa oluna bilər. Səslər öz əlamətlərinə görə müxtəlif olur. Uşaq xorunda yüksək zil səslər diskant, qadın xorunda soprano, kişi xorunda isə tenor adlanır.
Aşağı bəm səslər uşaq və qadın xorunda alt, kişi xorunda isə bariton, bas adlanır. Əgər xor kollektivi müşayiətsiz oxuyursa, ona “a kapella” deyilir.
Yeni mahnı öyrənək
BAHAR NƏĞMƏSİ
Musiqisi və sözləri Üzeyir Hacıbəylinindir.
I
Qanad çal çəmənlərdə, süz, bahar!
Ellərə gəl, incilər düz, bahar!
Bülbül öpüb gülləri, dost desin,
Gül qızartsın busədən üz, bahar.
II
Gəz, dolan gülüstanı yel kimi,
Danışdır könülləri tel kimi.
Sevinc ver, sevinc gətir hər elə,
Sevinsin aləm bu şən el kimi.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Muğam əsasında yazılmış ilk xor əsərləri hansı bəstəkarlara məxsusdur?
2. İ.S.Baxın hansı əsərində “Bayatı-Şiraz” muğamının intonasiyaları
duyulur?
3. A kapella nədir?
4. Qadın, kişi və uşaq xorunda zil və bəm səslər necə adlanır? Bu haqda
danışın.