Bunu da bilin
Bəstəkarlarımız çox zaman xalq musiqi nümunələrindən, o cümlədən muğamlarımızdan öz əsərlərində istifadə edirlər. Məsələn, Üzeyir Hacıbəyli “Arşın mal alan" operettasının dördüncü pərdəsindəki “Gülçöhrənin ariyası (naləsində)”nda məhz “Şüştər”muğamından istifadə edib.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. “Arşın mal alan”.
IV pərdə. “Gülçöhrənin ariyası (naləsi)”
Yeni mahnı öyrənək
ANA KÜR
Musiqisi Tofiq Quliyevin,
sözləri Teymur Elçinindir.
I
Təpələrdən, dərələrdən axan Kür,
Dalğa-dalğa baş qaldırıb baxan Kür,
Sinəsinə ulduzları taxan Kür.
Nəqərat:
Söhbətin şirin olur,
Suların sərin olur.
Ürəyimə tökülür,
Ana Kür, ana Kür.
II
Gürcüstanı qucaqlayan qolumsan,
Qardaş elə gur işıqlı yolumsan,
Sədaqətlə, məhəbbətlə dolmusan.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR:
1. “Şüştər" muğamı haqqında nə bilirsiniz?
2. Kim öz operettasında “Şüştər"muğamının intonasiyasından istifadə edib?
3. YouTube üzərindən “Dəli Kür"filmindən Gülağa Məmmədovun ifasında
Cahangir Cahangirovun “Ana Kür" mahnısını dinləyin və Tofiq Quliyevin
“Ana Kür" mahnısı ilə müqayisə edin. Axtarış üçün açar sözlər: Gülağa
Məmmədov, “Ana Kür".