Bunu da bilin
XX əsrin əvvəllərində çadrasını ataraq öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycan qadınının səsi artıq XX əsrin sonu — XXI əsrin əvvəllərində UNESCO və ISESCO-nun ali tribunalarından gəlir. O bu gün cəmiyyətin həyatında mühüm rol oynayın Məhz UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında bu gün müasir qadının cəmiyyətdə rolunu müəyyənləşdirmək olar.
Mahnını yada salaq və oxuyaq
QAÇAQ NƏBİ
“Qaçaq Nəbi” Azərbaycan xalq mahnısından Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər xanıma həsr olunmuş bəndi melodiyası ilə birlikdə oxuyaq.
Yeni mahnı öyrənək
AZƏRBAYCAN ULDUZU
Musiqisi Oqtay Rəcəbovun,
sözləri Əjdər Ağayevindir.
I
Sən elinin mərd qızı,
Zəkalı övladısan.
Azərbaycan ulduzu -
Şərəfisən, adısan.
Nəqərat:
Adın kimi özün də
Mehribansan, mehriban.
Sevirsən uşaqları,
Dilində daim can, can.
II
Sevir səni xalqımız,
Ellər sənə can deyir.
Yaşa, var ol, qur-yarat,
Bizim Mehriban, - deyir.
Nəqərat:
Tikdirdiyin hər məktəb
Müdriklik əməlidir.
Sağlığında qurduğun
Əbədi heykəlindir.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Hansı Azərbaycan qadınının obrazını musiqi əsərlərində görmək
istərdiniz?
2. “Sevil” operasında qadın azadlığı uğrunda mübarizə aparan kimdir?
3. “Musiqidə qadın obrazları” mövzusunda araşdırma aparın.