Yeni mahnı öyrənək
LAÇIN
Azərbaycan xalq mahnısı
I
Araz axar lil ilə,
Dəstə-dəstə gül ilə.
Mən yarımı sevirəm
Şirin-şirin dil ilə.
II
Bağçamızın barı gül,
Yarı qönçə, yarı gül.
Gec açıldın, tez soldun,
Olmayaydın, barı gül.
Nəqərat:
Ay Laçın, can Laçın!
Mən sənə qurban, Laçın!
Notla oxuyaq
LAÇIN
Azərbaycan xalq mahnısı
SUAL VƏ TAPŞIRIQLAR:
1. “Xocalı 613” əsəri hansı ölkə bəstəkarına məxsusdur?
2. “Xocalı 613” əsərində hansı Azərbaycan xalq mahnılarından və xalq
musiqisindən istifadə edilmişdir?
3. YouTube üzərindən Rəşid Behbudovun ifasında “Küçələrə su səpmişəm”
xalq mahnısını dinləyin. Mahnı və Pyer Tiloyun “Xocalı 613” əsəri
arasındakı əlaqəni tapın. Axtarış üçün açar sözlər: Rəşid Behbudov, xalq
mahnısı “Küçələrə su səpmişəm”.