20. FRANSIZ BƏSTƏKARININ YARADICILIĞINDA
XOCALI MÖVZUSU
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı Xocalı şəhərinə hücuma keçdi. Bu terror aktı azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tarixə düşdü.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qan olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı faciəsinə fransız bəstəkarı Pyer Tiloy da öz etirazını bildirərək simfonik orkestr, solo skripka və balaban üçün “Xocalı 613” adlı 4 hissəli musiqi pyesi yazmışdır. Əsərin I hissəsində bəstəkar “Küçələrə su səpmişəm”, II hissəsində “Laçın” xalq mahnılarının, III hissəsində isə yallılarımızm intonasiyalarından böyük ustalıqla istifadə etmişdir. Bu əsər ilk dəfə 21 fevral 2013-cü ildə Parisdə “Müqəddəs Roş” kilsəsində ifa olunub. Konsert proqramı dirijor və bəstəkar Loran Petijerann rəhbərliyi ilə, Londonun “Orion” orkestrinin iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu Şəbinə Rakçeeva ifa etmişdir.
Musiqi dinləyək
“Xocalı 613” musiqi pyesindən
I və II hissələr
2015-ci il iyunun 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Lamoureux” orkestrinin bədii rəhbəri Pyer Tiloyun “Xocalı 613” musiqi pyesinin təqdimatı olmuşdur. Əsər Ü.Hacıbəyli adma Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən ifa edilib. Sonradan bu əsər Avropanın bir sıra ölkələrində də ifa olunmuşdur.