Notla oxuyaq
“Çernomorun marşı”ndan bir parça
Bəstəkar operasında “İran qızlarının xoru” üçün “Qalanın dibində bir quş olaydım” Azərbaycan xalq mahnısının melodiyasından istifadə etmişdir.
Musiqi dinləyək və onun melodiyasını notla oxuyaq
İRAN QIZLARININ XORU
Yeni mahnı öyrənək
ANA LAYLASI
I
Şəfqəti nur verib gözlərimizə,
Könül dünyasıdır ana laylası.
Elə bil qarışıb sözlərimizə,
Dilin aynasıdır ana laylası.
Nəqərat:
Ana, ana, ana laylası. (2)
II
Əzəldən “ana”dır əzəl kəlməmiz,
Ay kimi aydındır, göy kimi təmiz.
Müqəddəs şeirimiz, ulu nəğməmiz
Ana laylasıdır, ana laylası.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR:
1. M.Qlinkanın “Ruslan və Lyudmila” operasında real və qeyri-real obrazlar
hansılardır?
2. “Ruslan və Lyudmila” operasında hansı Azərbaycan xalq mahnısından
istifadə olunmuşdur?
3. YouTube üzərindən Rəşid Behbudovun ifasında “Qalanın dibində bir quş
olaydım” mahnısını dinləyin. Necə düşünürsünüz, nə üçün M.Qlinka “İran
qızlarının xoru ”nda məhz bu xalq mahnısından istifadə edib? Bu haqda danışın.