18. MUSİQİDƏ TƏBİƏT TƏSVİRİ
Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanov təbiətin gözəlliyinə “Gözəlliklər məskəni” adlı mahnı həsr edib. Bu mahnıdan bir parçam əvvəlcə notla oxuyaq, sonra isə mahnını Xalq artisti və mahnının ilk ifaçısı Zeynəb Xanlarovanın ifasında dinləyək.
Notla oxuyaq və musiqi dinləyək
GÖZƏLLİKLƏR MƏSKƏNİ
Təbiət mövzusu şairlərin, bəstəkarların, rəssamların yaradıcılığında həmişə mühüm yer tutub. Təbiət — bizi əhatə edən olduqca heyranedici və dəyişən aləmdir. Hər bir ölkənin vətəndaşlarının yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin bolluğu və müxtəlifliyi ilə birbaşa əlaqəlidir. Təbiət bəşər övladının evidir. Bu evi qorumaq, onu zənginləşdirmək insanların müqəddəs borcu, şərəf işidir. Təbiəti qorumaq ümumdövlət və ümumxalq vəzifəsidir. Böyük rus bəstəkan N.Rimski-Korsakovun “Qar qız” operası da təbiət mövzusunda yazılmış əsərlərdən biridir.