Bunu da bilin
Simli alətlər orkestrinin tərkibində bu Avropa musiqi alətləri var: skripkalar, altlar, violonçellər və kontrabaslar.
Notla oxuyaq
Musa Mirzəyev. “Yumoreska” fortepiano pyesindən melodiya
Yeni mahnı öyrənək
OXUTMURAM, ƏL ÇƏKİN!
Musiqisi Zakir Bağırovun,
sözləri Mirzə Ələkbər Sabirindir.
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Bəs ki uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaqlar kimi hər sözə aldanmayır
Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
SUAL VƏ TAPŞIRIQLAR:
1. İ.S.Baxın “Yumoreska” adlanan əsəri bəstəkarın hansı süitasındandır?
2. Azərbaycan bəstəkarlarından kimlərin “Yumoreska” adlı yumoristik
əsərləri var?
3. “Oxutmuram, əl çəkin!” mahnısını təhlil edin. Əsərdə tənqid edilən
nədir? Bu haqda danışın.