Göründüyü kimi, melodiyanın aramlı tempi ona bir qədər qəmli xarakter verir.
Koroğlu mərd, cəsarətli, hər addımda düşməni məğlub etməyi bacaran bir qəhrəmandır. Lakin o da bütün insanlar kimi bəzən hisslərinin əsiri olur, Nigardan ayrı düşdüyü üçün kədərlənir və bu səbəbdən də oxuduğu ariya da kədərli, qəmli səslənir. Bəstəkar bu operada xor-rəqs səhnələri, cəngi xarakterli musiqi yaratmışdır.
Yeni mahnı öyrənək
BAKI HAQQINDA MAHNI
Xəzərinin sinəsi
Gah zil, gah da bəm olur.
Yarpaqların, güllərin
Niyə hərdən nəm olur?
Səndən ayn düşəndə
Könlüm dolu qəm olur.
Nəqərat:
Qucağında Xəzərin
Yatıb dincələn Bakı.
Qan, çiskin yağışı
Əyri, köndələn Bakı.
Hələ neçə küçədə
Güllər dəstələnməyib.
Hələ neçə nəğmənin
Xalı bəstələnməyib.
Yüz il ömür sürəydim,
Bir gün xəstələnməyib.
Nəqərat:
Yazaydım, yaradaydım
Şah nəğməni mən, Bakı.
Oxuyaydım hər yanda
Onu ürəkdən, Bakı.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Musiqinin mətni və melodiyası arasında hansı əlaqə var?
2. “Koroğlu” operasından dinlədiyiniz iki musiqi nümunəsinin oxşar və
fərqli cəhətlərini sadalayın.
3. “Koroğlunun ariyası”na qəmli xarakter verən nədir? Niyə bəstəkar bu
xalq qəhrəmanının obrazını bəzən kədərli notlarla yaradır? Bu haqda
danışın.