14. MUSİQİNİN OBYEKTİV REALLIĞI
Musiqi dinləyək
“Koroğlu” operasının II pərdəsindən “Koroğlunun ariyası”.
“Koroğlu” operasının II pərdəsindən “Final xoru”
Bu iki nümunənin birincisi, yəni “Koroğlunun ariyası” qəmli, “Final xoru” isə təntənəli, mübariz əhvali-ruhiyyəlidir. Onların sözlərinin yerini dəyişsək, hər iki əsər pis səslənər, sözlərlə musiqi uyğun gəlməz. Bu o deməkdir ki, bəstəkar hər hansı şeirə musiqi yazarkən mətnin xarakterinə, metrik ölçüsünə, bəhrinə uyğun olan bir melodik obraz yaradır. Yəni mətndəki metrik ölçülər, xarakter, yaradılacaq obraz musiqinin metrik ölçülərinə, xarakterinə, təsvir olunan obraza, yaxud obrazlara uyğun gəlməlidir. Əks halda mətndəki reallıqla musiqidəki reallıq uyğunluq təşkil etməz. Həqiqi olmayan sənət əsəri isə heç vaxt gözəl ola bilməz.
Notla oxuyaq
“Koroğlu” operasının II pərdəsi.
“Koroğlunun ariyası”ndan bir parça