13. DÜNYA AZƏRBAYCANLILARININ
HƏMRƏYLİYİ GÜNÜ VƏ MUSİQİ
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı tərəfindən hər il qeyd edilir. Bütün dövrlərdə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün müstəqil Azərbaycan Respublikası milli iftixar, mənəvi dayaq yeri olmuşdur. 31 dekabrı qəlbində böyük və ülvi Azərbaycan sevgisi daşıyan dünya azərbaycanlıları Milli Həmrəylik Günü kimi bayram edir, xalqa və Vətənə sevgisini nümayiş etdirirlər.
Notla oxuyaq
Azərbaycan Respublikasının Dövlət Hinini
Musiqi dinləyək
Üzeyir Hacıbəylinin “Koroğlu” operasının
“Uvertüra”sından bir hissə
Bu uvertürada xalq qəhrəmanı Koroğlunun obrazı, onun xalqın azadlığı uğrunda mübarizəsi təntənəli bir musiqi ilə, ekspozisiyanın köməkçi mövzusunda isə Koroğlunun Nigara həsr etdiyi ariyanın intonasiyaları ilə səsləşir. Bu musiqi elə bir təsir gücünə malikdir ki, ona etinasız qulaq asmaq olmur.