Musiqi dinləyək
“Mirzəyi” rəqsi
Azərbaycan xalq rəqsi “Mirzəyi” “Segah” muğamından bəhrələnmişdir.
Notla oxuyaq
“Segah” ladının səs sırası
Mahnını yada salaq, notla və sözləri ilə oxuyaq
SARIBÜLBÜL
(Azərbaycan xalq mahnısı)
I
Vətən bağı al-əlvandır,
Yox içində xarı, bülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı, bülbül.
II
Geyib yaşıl donun çöllər,
Həvəsinlə açır güllər.
Töküb şirin-şirin dillər,
Gəl oyadaq yarı, bülbül.
“Sarıbülbül” Azərbaycan xalq mahnısı 3/4 xanə ölçüsünə malikdir, tələsmədən və “Segah” muğamı intonasiyaları üstündə səslənir.
SUAL VƏ TAPŞIRIQLAR:
1. “Segah”sözü hansı sözlərin birləşməsindən əmələ gəlmişdir?
2. “Segah” muğamının hansı növləri var?
3. B. Vahabzadə “Muğam”poemasında “Sən mənə kimsədən pay verilmədin.
Sən özgə çeşmədən gətirilmədin” misraları ilə “Segah” muğamı haqqında
hansı həqiqətləri çatdırmaq istəyir? Bu haqda danışın.