Notla oxuyaq
“Ümumxalq hüznü” hissəsinin əvvəlindən bir parça
Bu əsərin tonallığının səs sırasını oxuyaq (re minor qamması).
Yeni mahnı öyrənək
İGİD ƏSGƏR, MÖHKƏM DAYAN
Sözləri və musiqisi Şahin Musaoğlunundur.
I
Çox sınadı bizi zaman,
Neçə şəhid getdi qurban.
Sinəsiylə sipər olan
İgid əsgər, möhkəm dayan!
Nəqərat:
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
II
Salam Vətən, salam ana,
Çətin gündə bizi sına.
Qanla cavab verək qana,
İgid əsgər, möhkəm dayan!
Nəqərat:
Ya azad ol, ya candan keç,
İki yoldan birini seç.
Azadlığın şərbətin iç,
İgid əsgər, möhkəm dayan!
SUAL VƏ TAPŞIRIQLAR:
1. Milli Qəhrəman Çingiz Mustafayev haqqında nə bilirsiniz?
2. YouTube üzərindən Şəmistan Əlizamanlının ifasında “İgidəsgər, möhkəm
dayan” mahnısını dinləyin. Mahnıda Vətənə sevgi hissləri hansı sözlərlə
verilmişdir? Bu haqda danışın.
Axtarış iiçiin açar sözlər: Şəmistan Əlizamanlı, vətənpərvərlik mahnısı,
“İgid əsgər, möhkəm dayan”.