11. MUSİQİDƏ MİLLİ QƏHRƏMAN OBRAZI
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratmış tanınmış jurnalist, cəsarətli reportyor və alovlu vətənpərvər idi. Nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya Çingiz Mustafayevi Xocalıda çəkdiyi kadrlara görə qürurla xatırlayır. Xocalıdakı dəhşətli kadrları acı hıçqırıqları ilə müşayiət edən Çingiz heç bir
insanlıq qanunlarına sığmayan qətliamı olduğu kimi, bütün vəhşiliyi ilə nəsillər üçün qoruyub saxlaya bildi. İgid telejurnalist çəkiliş zamanı aldığı qəlpə yarasından dünyasını dəyişdi.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Çingiz Mustafayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Bunu da bilin
Bəstəkar Oqtay Rəcəbovun şair-publisist Aqşin Babayevlə birlikdə Çingiz Mustafayevin xatirəsinə həsr etdiyi 8 hissəli simfoniya-rekviyem əsəri 2011-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestr, solistlər, xor və qiraətçi tərəfindən səsləndirilib.
Musiqi dinləyək
“Çingiz” simfoniya-rekviyem əsərindən bir hissə,
“ü”
“Çingiz” simfoniya-rekviyem əsərinin “Ümumxalq hüznü” hissəsi “Hümayun” klassik Azərbaycan muğamı intonasiyalarına əsaslanan melodiya ilə bağlanır, sonra xor sözsüz yeni bir musiqi melodiyasını ifa edir. Sonda yenə “Hümayun” muğamı intonasiyaları olan melodiya ingilis nəfiri və simfonik orkestr tərəfindən səslənir.