Musiqi dinləyək
OXUMA, GÖZƏL
Musiqisi Sergey Raxmaninovun,
sözləri Aleksandr Puşkinindir.
Yeni mahnı öyrənək
YAXŞI YOL
Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Süleyman Rüstəmindir.
I
(Solo)
Dörd qardaşıq, qurban olaq ana yurda dördümüz,
Qüdrətlidir ellərimiz, yox ürəkdə dərdimiz,
Qoymaz tapdansın Vətəni qoçağımız, mərdimiz.
Nəqərat:
(Xor)
Düşmənlərə vermə aman, get, qardaşım, yaxşı yol!
Yurdlarını elə viran, get, qardaşım, yaxşı yol!
II
(Solo)
Qədrini bil, toxunmasın sənə bir yad gülləsi,
Sən lazımsan bu ellərə, ey Vətənin haqq səsi,
Var səsinlə qəlbən oxu qalibiyyət nəğməsi.
Nəqərat:
(Xor)
III
(Solo)
Poladdan bir səngər kimi sinəni gər hücumda,
Düşmənləri yuvasından et dərbədər hücumda,
Azdır, yenə sən min düşmən qırsan əgər hücumda.
Nəqərat:
Ü.Hacıbəylinin marş xarakterli “Yaxşı yol” mahnısı II Dünya müharibəsində vuruşan azərbaycanlı əsgərlərimizə həsr olunub.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Sergey Raxmaninovun hansı musiqi əsərlərini tanıyırsınız?
2. Sergey Raxmaninovun “Oxuma, gözəl” romansı hansı rus şairinin
sözlərinə bəstələnmişdir?
3, A.Puşkinin “Oxuma, gözəl” şeirinə hansı Azərbaycan bəstəkarı musiqi
bəstələyib?
4, Ü.Hacıbəylinin “Yaxşı yol” mahnısında gənclərə nə tövsiyə olunur və bu
onların mübarizə ruhunu necə qaldırır? Bu haqda danışın.