10. MUSİQİDƏ GƏRGİNLİK
Musiqi dinləyək
S.Raxmaninovun “2№-li konserti”nin I hissəsindən giriş
Rus bəstəkarı Sergey Raxmaninovun əsərləri bütün dünya xalqları tərəfindən sevilərək dinlənilir. Fortepiano alətinin virtuoz ifaçısı olan bəstəkar bu alət üçün müxtəlif janrlı əsərlər-konsertlər, romanslar, mahnılar, eyni zamanda “Aleko” adlı birpərdəli opera yazmışdır.
Bunu da bilin
S.Raxmaninovun fortepiano və simfonik orkestr üçün 4 konserti var. Bəstəkar öz yaradıcılığında heç vaxt inqilabi mövzulara müraciət etməmişdir. Onun "2№-li fortepiano konserti”nin dərin dramatizmi, musiqisindəki gərginlik, çoxsaylı akkordları əsərə inqilabi ruh verin
Sergey Raxmaninov dahi rus şairi Aleksandr Puşkinin sözlərinə çoxlu sayda romanslar yazmışdır. Onun “Oxuma, gözəl” romansı Şərq musiqisi intonasiyalarına əsaslanır. Lirik mövzuda olmasına baxmayaraq, bu romansın melodiyasında bir gərginlik, narahatlıq hiss olunur.
Azərbaycan bəstəkarı Ağabacı Rzayeva da A.Puşkinin “Oxuma, gözəl” şeirinə Azərbaycan dilində eyniadlı romans yazmış və onun ilk ifaçısı məşhur müğənni, Xalq artisti Bülbül olmuşdur
Notla oxuyaq
“Oxuma, gözəl” romansından bir parça
Musiqisi Sergey Raxmaninovun,
sözləri Aleksandr Puşkinindir.