Musiqi dinləyək
Qara Qarayevin “tlırımlı yollarla” baletindən
“Gitaralı qızların rəqsi”
Notla oxuyaq
Gitaralı qızların rəqsi
Yeni mahnı öyrənək
SÜLH MƏŞƏLİ
Musiqisi Elnarə Dadaşovanın,
sözləri Rafiq Yusifoğlunundur.
I
Bir arzu düşündürür
Cənubu, Şərqi, Qərbi.
Sülhün qadir addımı
Tapdasın gərək hərbi.
Nəqərat:
Yandır sülh məşəlini,
Məhv elə hərbi, hərbi.
Mahnı marş tempindədir.
II
Arzulara dayaqdır
Ellərin qadir səsi.
Dünyanın başı üstə
Ucalsın sülh nəğməsi.
Nəqərat:
Yandır sülh məşəlini,
Məhv elə hərbi, hərbi.
SUAL VƏ TAPŞIRIQLAR:
1. “İldırımlı yollarla” baletinin yaradıcıları kimdir?
2. “İldırımlı yollarla” baleti hansı yazıçının eyniadlı əsəri əsasında yazılmışdır?
3, Vətənpərvərlik ruhunda yazılmış daha hansı mahnıları tanıyırsınız?
4. “Uşaqlar sülh istəyir” mövzusunda öz sülh arzularınız haqqında danışın.