Notla oxuyaq
QARABAĞ
Sözləri və musiqisi Bəhram Nəsibovundur.
I
Sevgilim, seyrə çıxaq burda gəl ilk baharı,
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
II
Tarlalarında neçə qəhrəman övladı var,
Əməyi güllər açan Xanları, Bünyadı var.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
Nəqərat:
Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhunu burdan alır Natəvanın qəzəli.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
SUAL VƏ TAPŞIRIQLAR:
1. Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını dinləyərkən
xəyalınızda Qarabağ obrazı hansı ştrixlərlə canlanır?
2. Qarabağ zəfərinin qazanılmasında musiqinin rolu haqqında danışın.
3. YouTube üzərindən Tərlan Məmmədhüseynovun Sabir Rüstəmxanlının
sözlərinə yazdığı “Zəfər mahnısı”nı dinləyin. Mahnıda Azərbaycan Ordusunun
zəfəri necə təsvir olunub? Bu haqda danışın. Axtarış üçün açar sözlər:
Tərlan Məmmədhüseynov, Sabir Rüstəmxanlı, “Zəfər mahnısı”.