8. MUSİQİDƏ QARABAĞ MÖVZUSU
Vətəni tərənnüm edən, doğma yurd uğrunda mübarizəyə səsləyən musiqi əsərləri Qarabağ zəfərinin qazanılmasında mühüm rol oynadı. Qarabağın işğal altında olduğu dövr ən müxtəlif janrlarda musiqi nümunələrinin yazılması ilə nəticələndi. Bu əsərlər xalqı birləşdirdi, gənc nəslə döyüş əzmi aşıladı, Vətəni sevdirdi. Belə musiqi əsərlərindən biri də bəstəkar Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası oldu. “Qarabağ şikəstəsi” oratoriyası yüksək professional və bədii səviyyədə yazılmış möhtəşəm, monumental əsərdir.
Respublika Dövlət Mükafatına layiq görülmüş bu əsərdə bəstəkar Azərbaycan ənənəvi şifahi klassik musiqisində xüsusi yer tutan zərbi-muğam vokal instrumental janrından istifadə etmişdir. Oratoriya qələbəyə inam və qətiyyət aşılayan musiqi əsəridir.
Musiqi dinləyək
Vasif Adıgözəlov. “Qarabağ şikəstəsi” oratoriyasından
“Qarabağ şikəstəsi”
Notla oxuyaq
V.Adıgözəlov. “Qarabağ şikəstəsi” oratoriyasının
VII hissəsindən bir parça