Yeni mahnı öyrənək
İÇƏRİŞƏHƏR
Musiqisi Oqtay Rəcəbovun,
sözləri Sevinc Nuruqızınındır.
I
Daşlarında gəzişsin
Gilavarın sığalı.
Bakımın min illərdən
Gələn şirin nağılı.
Səni çox sevirəm, çox,
Həyatımın, qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!
Nəqərat:
Susuzluqdan yananda
Dodağın, iç Xəzəri.
Xəzri, əs, al qoynuna,
Mənimlə keç şəhəri.
Çək məni nəfəs kimi
Köksünə, ey qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!
II
Əsrlər naxış salıb
Torpağına, daşına.
Qız qalası tac kimi
Qoyulubdur başına.
Kim inanar, soruşsa,
Sənin bunca yaşına?
Qəlbimin iç şəhəri,
Qədim İçərişəhər!
Nəqərat:
Susuzluqdan yananda
Dodağın, iç Xəzəri.
Xəzri, əs, al qoynuna,
Mənimlə keç şəhəri.
Çək məni nəfəs kimi
Köksünə, ey qəlbimin,
Ruhumun iç şəhəri,
Qədim İçərişəhər!
Bunu da bilin
Dərslikdə verilən bütün mahnılar homofonik əsərlərdir. Ona görə ki, burada əsas melodiyanı məktəblilər oxuyur, fortepiano isə onu müşayiət edir.
SUAL VƏ TAPŞIRIQLAR: