7. MUSİQİDƏ HOMOFONİYA
Musiqi dinləyək
İ.S.Bax. “Lya minor” prelüdü
L.V.Bethoven. “Sol major” menueti
Homofoniya təksəslilik deməkdir.
L.V.Bethovenin “Sol major” menuetində əsas melodiya sağ, yaxud sol əldə fərdi olaraq səslənir. Akkordlar, yaxud hansısa səslər onu müşayiət edir. Belə əsərlər, o cümlədən L.V.Bethovenin indi dinlədiyimiz menueti homofonik əsər adlanır. Yəni İ.S.Baxın “Lya minor” prelüdü polifonik, L.V.Bethovenin “Sol major” menueti isə homofonik əsər hesab olunur.
Musiqi dinləyək
F.Şubert. “Ave Mariya”
Bəstəkar Fikrət Əmirov (1922-1984) dünya musiqi mədəniyyəti üçün yeni bir janrın - simfonik muğam janrının yaradıcısıdır. Onun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları məşhur musiqi salonlarında səslənmiş və böyük tamaşaçı rəğbəti qazanmışdır.
Bəstəkar musiqinin, demək olar ki, bütün janrlarında gözəl sənət inciləri yaratmışdır. Janrından asılı olmayaraq, onun yaratdığı əsərlərin melodiyaları xalqımızın və digər xalqların dilinin əzbəri olmuşdur
Musiqi dinləyək
F.Əmirov. “Şur” simfonik muğamının “Simayi-Şəms”
şöbəsindən bir hissə
Dinlənilən “Şur” simfonik muğamından görünür ki, bəstəkar bu əsəri yazarkən həm polifonik, həm də homofonik üslublardan istifadə etmişdir.
Notla oxuyaq
“Şur” muğamının “Simayi-Şəms” şöbəsindən bir parça