Bunu da bilin
Yeni mahnı öyrənək
TƏMİZ SƏMA ALTINDA
I
Biz hər səhər günəşlə
Qoşa duraq, uşaqlar.
Təmiz səma altında
Yaşa dolaq, uşaqlar.
Nəqərat:
Çıxaq doğma ellərə, ellərə,
Çəmənlərə, çöllərə, çöllərə.
Mahnı qoşaq dillərə, dillərə,
Gülək, çalaq, uşaqlar, uşaqlar
II
Sevək işi, zəhməti,
Bilik adlı sərvəti.
Biz vüqarı, qüdrəti
Eldən alaq, uşaqlar.
Nəqərat:
III
Hər birimiz tər çiçək,
Həm ətirli, həm qəşəng.
Əbədi bir nəğmətək
Təzə qalaq, uşaqlar.
Nəqərat:
“Təmiz səma altında” mahnısı oynaq, şən xarakterə malikdir. Onun bəndi birsəsli, nəqəratı isə ikisəslidir.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Polifoniya nə deməkdir?
2. Hansı polifonik janrları tanıyırsınız?
3. Fuqaya hansı janr əsərlərin tərkibində rast gəlinir?