Bunu da bilin
Azərbaycan klassik muğamları arasında xüsusi yeri olan “Çahargah” mübarizə, qəhrəmanlıq əhvali-ruhiyyəsini ifadə edir. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə “Muğam” poemasında bu əhvali-ruhiyyəni belə göstərir:
Təlatümlər, həyəcanlar
Bərdaştıdır - ön sözüdür
Çahargahın.
Azərbaycanın Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab “Çahargah” muğamını göy gurultusuna, görkəmli tarzən Əhməd Bakıxanov isə müharibəyə, döyüş meydanına bənzədirdi.
Musiqi dinləyək
“Çahargah” muğamından bir hissə
Yeni mahnı öyrənək
AZADLIQ MARŞI
Musiqisi “Heyratı ” zərbi-muğamı,
sözləri Elçin Mirzəbəylinindir.
I
Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın.
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.
Nəqərat:
II
Biz ki vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR:
1. 44 günlük müharibənin qəhrəmanlıq tarixi haqqında nə bilirsiniz?
2. “Çahargah”muğamının xarakteri necədir?
3. O.Rəcəbovun “Zəfər himni” kantatası kimə həsr olunub?
4. YouTube üzərindən “Xudayar təsnifi” adlandırılan “Vətən yaxşıdır”
mahnısını dinləyin. Şəhid Xudayar Yusifzadənin ifasında mahnı necə
səslənir? Bu haqda danışın.
Axtarış üçün açar sözlər: “Xudayar təsnifi”, “Vətən yaxşıdır”.