Bunu da bilin
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam-operası 1908-ci il yanvarın 25-də Bakı şəhərində, indiki Azərbaycan Dövlət Musiqili Teatrının binasında tamaşaya qoyulmuşdur. O bu əsərlə bütün Şərq aləmində opera janrının əsasını qoymuşdur.
“Heyratı” zərbi-muğamının “Nofəlin ariyası” ilə oxşar və fərqli cəhətlərini müqayisə edək.
Yeni mahnı öyrənək
SARI GƏLİN
(Azərbaycan xalq mahnısı)
I
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Bu sevda nə sevdadı?
Səni mənə verməzlər,
Neynim, aman, aman, sarı gəlin.
II
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu, quzunu,
Nə ola, bir gün görəm
Nazlı yarın üzünü,
Neynim, aman, aman, sarı gəlin.
III
Aşıq ellər ayrısı,
Şana tellər ayrısı.
Bir gününə dözməzdim,
Oldum illər ayrısı.
Neynim, aman, aman, sarı gəlin.
Bəstəkar Oqtay Rəcəbov “Soprano və Kamera orkestri üçün Konsert”ində “Sarı gəlin” Azərbaycan xalq mahnısından istifadə edib.
SUAL VƏ TAPŞIRIQLAR:
1. Hansı dünya bəstəkarlarının yaradıcılığında Azərbaycan xalq musiqisindən
istifadə edilib?
2. Ü.Hacıbəyli “Leyli və Məcnun” operasında hansı zərbi-muğamdan
istifadə edib?
3. YouTube üzərindən Akif İslamzadənin ifasında “Sarı gəlin” mahnısını
dinləyin və mahnıdakı milli çalarlar haqqında danışın. Axtarış üçün açar
sözlər: Akif İslamzadə, “Sarı gəlin ”.