Notla oxuyaq
“Heyratı” zərbi-muğamından bir parça
Yeni mahnı öyrənək
AZƏRBAYCAN ƏSGƏRİ
Musiqisi Oqtay Zülfüqarovun,
sözləri Pənah Əliyevindir.
I
Sabahların zəfəri,
Azərbaycan əsgəri.
Qov Vətəndən düşməni,
Azərbaycan əsgəri.
Nəqərat:
Qəm libası geyməsin
Bizim çiçəkli dağlar.
Güllə səsi, top səsi
Eşitməsin uşaqlar.
II
Mərd ordumuz yaşasın,
Bu torpaqdan güc alsın.
Üçrəngli bayrağımız
Yüksəklərə ucalsın.
SUAL VƏ TAPŞIRIQLAR:
1. “Q.Qarayev və kino musiqisi” dedikdə ən çox hansı film haqqında
düşünürsünüz?
2. Q.Qarayevin “Fikirli” fortepiano pyesinin EŞopenin “Mi minor valsı”
ilə oxşar cəhətləri hansılardır?
3. S.Bəhlulzadənin “Torpağın arzusu” əsəri ilə F.Şopenin “Mi minor
valsı”nı nə birləşdirir? İncəsənətdə və musiqidə milli çalarların istifadəsi
özünü necə göstərir? Bu haqda danışın.