MODERATO - mülayim temp
MEZZOFORTE (mf) - orta güclü səslənmə
MEZZOPİANO (mp) - orta zəif səslənmə
MENUET - XVII-XVIII əsrlərdə Avropada geniş yayılmış fransız rəqsi
ORATORİYA - solistlər, xor, qiraətçi və simfonik orkestr üçün çoxhissəli musiqi əsəri
ORKESTR - böyük musiqi kollektivi. Müxtəlif orkestr növləri vardır: simfonik orkestr, simli orkestr, nəfəsli orkestr və s.
OPERA - vokal-instrumental musiqili dram əsəri
PAUZA - musiqi əsərlərinin ifası zamanı işlədilən fasilə. Hər bir vəznin özünəməxsus pauzası vardır
PİANO - italyanca sakit deməkdir
POLONEZ - yəni Polşa rəqsi. XVI əsrdə cəngavər döyüşçülərin təntənəli rəqs yürüşü
PRELÜD - kiçikhəcmli instrumental əsər
RAST - birinci klassik Azərbaycan muğamı. Mənası farscadan doğru, düzgün deməkdir
REKVİYEM - matəm xarakterli çoxsəsli xor əsəri
SEGAH - Vətəni Azərbaycan olan “Segah” 3-cü klassik muğamımız hesab olunur. “Se” - farscadan üç, “gah” isə mövqe, məkan deməkdir.
SERENADA - axşam nəğməsi
SİMFONİYA - simfonik orkestr üçün bəstələnmiş irihəcmli musiqi əsəri
SİNKOPA - vurğunun xanənin qüvvəli hissəsindən zəif hissəsinə keçməsi
SKERSO - italyanca zarafat deməkdir. Cəld, şən musiqi əsəri
SOLİST - musiqi əsərini təklikdə ifa edən şəxs
SONATA - kamera instrumental musiqinin əsas janrlarından biri
ŞÖBƏ - dəsgah və ya instrumental muğamlarda bölmə, hissə
ŞUR - Azərbaycanda geniş yayılmış şən və lirik əhvali- ruhiyyəli muğam
ŞÜŞTƏR - 6-cı klassik Azərbaycan muğamıdır. “Şüştər” İranın cənubunda olan bir qəsəbədir