MUSİQİ LÜĞƏTİ
ADAJİO - çox ağır temp
ALLEQRO - cəld temp
ANDANTE - ağır temp
ANTRAKT - tamaşanın pərdələri (aktları) və ya konsertin hissələri arasında qısa fasilə
ARİYA - opera, oratoriya və kantatada simfonik orkestrin müşayiəti ilə bir vokal ifaçı tərəfindən ifa olunan musiqi nömrəsidir
BARİTON - yunan sözü olub, mənası ağır ton deməkdir (Bas və tenor arasında orta kişi səsi)
DİRİJOR - fransız sözü olub, idarə edən, istiqamətləndirən deməkdir. Musiqi kollektivlərinə (orkestr, xor, mahnı və rəqs ansamblı, opera və balet tamaşaları) rəhbərlik edib, onlara istiqamət verən şəxs
DUET - iki musiqiçinin birgə ifasıdır
FİNAL - böyük formalı musiqi əsərinin (sonatanın, simfoniyanın, konsert, trio, kvartet və s.) sonu
FORTE (f) - güclü səslənmə
FORŞLAQ - musiqini gözəlləşdirən bəzək işarəsi
HÜMAYUN - 7 -ci klassik Azərbaycan muğamıdır. “Hümayun” fars kəlməsi olub uğurlu, səadətli, mübarək, şaha məxsus mənasındadır. Hümayun - Hindistanda bir sülalənin başçısının adıdır
XOR - vokal musiqi ifaçıları kollektivi
İNGİLİS NƏFİRİ - Avropa ağac nəfəsli musiqi aləti
JANR - musiqi əsərlərinin növü. Adətən, bu termin musiqinin ayrı-ayrı sahələrinə aid işlədilir, məsələn: opera janrı, balet jann, simfonik janr və s.
KAMERA MUSİQİSİ - böyük olmayan musiqi ifaçıları qrupu (duet, trio, kvartet və s.) üçün bəstələnmiş instrumental və ya vokal musiqisi
KANTATA - bir, yaxud çoxhissəli, təntənəli, nağıl-epik xarakterli vokal- simfonik əsər.
KVARTET - 4 nəfərdən ibarət ansambl
KVİNTET - 5 nəfərdən ibarət ansambl
QOBOY - Avropa ağac nəfəsli musiqi aləti
MUĞAM - şifahi ənənəli professional musiqi