I
İstər tufanlar olsun,
Şaxta, boran, qar olsun.
Sərhədçilər var olsun,
Göz qırpmaz keşikçidir.
Nəqərat:
Vətən, arxayın çalış,
Dincəl, işlə, gül, danış.
Sərhədçilərə alqış,
Göz qırpmaz keşikçidir.
II
Qalam sərhəd səngərim,
Döyüşən ilk əsgərim.
Oğlum, qardaşım, ərim
Göz qırpmaz keşikçidir.
Nəqərat:
Vətən, arxayın çalış,
Dincəl, işlə, gül, danış.
Sərhədçilərə alqış,
Göz qırpmaz keşikçidir.