Elektron yazışmalarda müəyyən ənənələr də yaranmışdır. Məsələn,
onda emosiyaları bildirmək üçün çox zaman sözlərin yerinə xüsusi
simvollar ardıcıllığından (smayl) istifadə olunur. Smayllarda
istifadə olunan hər simvolun öz anlamı var: iki nöqtə gözü, defis
burunu, mötərizə isə ağızı bildirir. Aşağıda geniş istifadə olunan
smayliklərdən bəziləri göstərilib.
Son zamanlar məktublaşmada smaylları simvollarla yox, kiçik
şəkillərlə – emojilərlə göstərirlər.
Simvollar ardıcıllığı | Emoji | Mənası |
:-) | Təbəssüm | |
;-) | İstehzalı təbəssüm | |
:-)))) | Gülüş | |
:-( | Məyusluq | |
:-(((( | Ümidsizlik | |
:-0 | Təəccüb |
Araşdıraq – öyrənək
Əgər məktubunuzun surətini bir neçə şəxsə göndərmək istəyirsinizsə,
onların e-poçt ünvanlarını Cc sahəsinə daxil edə bilərsiniz.
Yeni məktub yazın və onu eyni zamanda bir neçə ünvana göndərin.
Məktubda smayliklərdən istifadə edin.
Öyrəndiklərinizi yoxlayın