Orada məktubun kimdən gəldiyi, mövzusu, poçt qutunuza hansı tarixdə qəbul edildiyi əks olunur. Məktubun mövzusunu (başlığını) çıqqıldatmaqla onun tam mətnini açıb oxuya bilərsiniz.
E-poçta gələn fayllarda virus ola bilər. Ona görə də tanımadığınız şəxslərdən gələn faylları açmayın.
Məktubun göndərilməsi. Elektron poçt proqramında məktub hazırlamaq mətn redaktorunda sənəd hazırlamağa çox bənzəyir: siz mətni yığa, onun şriftini dəyişə, hər hansı sözləri seçdirə bilərsiniz.
ADDIM- | ADDIM 1 |
Elektron məktubun göndərilməsi
Ruslan, salam!
Artıq mənim də elektron poçt ünvanım var. Bundan sonra onun
vasitəsilə məktublaşarıq. Əgər bilirsənsə, Toğrulun e-poçt
ünvanını mənə göndər.
Dostun Əli.