Poçt qutusunun yaradılması
- Brauzerin ünvan zolağında www.box.az daxil edin və <Enter>
klavişini basın. Aşağıdakı pəncərə açılacaq.
- düyməsini çıqqıldadın. Yeni səhifə açılacaq.
- İstifadəçi adı sahəsində özünüzə götürmək istədiyiniz istifadəçi adını
daxil edin. Bu ad poçt ünvanınızın @box.az hissəsinin önünə artırılacaq.
Məsələn, anar.novruzlu daxil etsəniz, poçt qutunuzun ünvanı
anar.novruzlu@box.az olacaq.
Qeyd. Daxil etdiyiniz istifadəçi adı sizdən əvvəl kimsə tərəfindən
seçilmişsə, bu haqda xəbərdarlıq alacaqsınız. Bu halda istifadəçi
adınızı dəyişməlisiniz; məsələn: anar.novruzlu2002.
- Poçtunuzu qorumaq üçün parol fikirləşin və Parol sahəsinə daxil
edin. Bu parol sizin poçt qutunuzun açarı olacaq. Parolun etibarlı
olması üçün həm hərflərdən, həm də rəqəmlərdən istifadə edin;
məsələn: Pabr2tn9. Parolunuzu yazıb etibarlı yerdə də saxlayın ki,
unutduqda tapa biləsiniz.
- Növbəti Təkrar parol sahəsində parolunuzu təkrar daxil edin.
- Doğum tarixi sahəsində anadan olduğunuz günü, ayı və ili göstərin.