Fəaliyyət
Kompüteri təşkil edən bütün qurğular onun aparat təminatı adlanır. Başqa sözlə, aparat təminatı kompüterin əllə toxunmaq və gözlə görmək mümkün olan hissələridir.
Kompüterdən daha səmərəli istifadə etmək üçün siz onun aparat təminatı haqqında müəyyən biliklərə malik olmalısınız. Bu biliklər həm də işinizə uyğun kompüter seçməkdə sizə faydalı ola bilər.