Bəstəkar öz əsərini başqa
insanlara necə çatdırır?
Musiqini nota çevirmək
üçün nə tələb olunur?
ADDIM-
ADDIM
Sadə musiqi redaktoru ilə tanışlıq
ALPLogo proqramlaşdırma
mühitini başladın.
Alətlər zolağındakı düyməsini
çıqqıldadın. Musiqi redaktorunun
pəncərəsi açılacaq.
Redaktordakı pianonun klavişlərini
çıqqıldadın. Notlar səslənəcək və
yuxarıdakı bölümdə uyğun notlar
yazılacaq.
Yazdığınız melodiyanı səsləndirmək
üçün Başla düyməsini, səslənən
musiqini dayandırmaq üçün isə Dur düyməsini çıqqıldadın.
Melodiyanın sürətini və səsin yüksəkliyini dəyişmək üçün uyğun
sürgülərdən istifadə edin.
Yazdığınız melodiyanı saxlamaq üçün Melodiyanın adı sahəsində
uyğun ad yazın və düyməsini çıqqıldadın.
Redaktorun aşağısındakı bölümdə olan siyahıdan bir sətri seçin
və düyməsini çıqqıldadın. Uyğun melodiyanın notları
pəncərənin not bölümündə əks olunacaq.