19. DÖVRLƏR VƏ NAXIŞLAR
Fəaliyyət
Ötən dərsdə dövr komandasının köməyi ilə
ALPLogo proqramlaşdırma mühitində kvadrat,
düzgün altıbucaqlı, səkkizbucaqlı kimi fiqurlar
çəkdiniz. Təkrarlanmaların sayını və dönmə
bucağını dəyişməklə başqa düzgün çoxbucaqlı
fiqurlar da almaq olar.
Eyni fiqurların təkrar-təkrar yerini dəyişmək və ya fırlatmaqla maraqlı
təsvirlər yaratmaq olar. “Fəaliyyət” bölməsində verilmiş proqram
nümunəsinə qayıdaq. Orada Bağa birinci çevrəni çəkdikdən
(təkrarla 36 [irəli 10 sağa 10]) sonra növbəti çevrəni çəkmək üçün 90 dərəcə sağa dönür (sağa
90) .