Hər iki proqramı yığın və icra edin. Ədədləri dəyişməklə fiqurların
necə dəyişdiyini izləyin. Sizcə, nəyə görə ikinci proqramın nəticəsində
Bağa çevrə çəkir?
Öyrəndiklərinizi yoxlayın
Proqramlarda təkrarla komandasından nə üçün istifadə olunur?
Dövr komandasından istifadə etməklə aşağıdakı fiqurları alın.
Düzgün 12, 20, 100 bucaqlıların çəkilməsi üçün proqram yazın.