Burada n — təkrarlanmaların sayını bildirir. Kvadrat mötərizənin içərisində isə təkrarlanan komandalar göstərilir. Bu komandaları bir sətirdə də yazmaq olar.
Nümunə
Aşağıda solda ALPLogo proqramlaşdırma mühitində tərəfi 100 olan kvadrat çəkən proqramın sizə məlum variantı verilib. Sağda isə həmin proqramın təkrarla komandasından istifadə etməklə necə yazıldığını görürsünüz.
qələmiendir
irəli 100 sağa 90
irəli 100 sağa 90
irəli 100 sağa 90
irəli 100 sağa 90
qələmiendir
təkrarla 4[irəli 100 sağa 90]
təkrarla komandasından istifadə edərək maraqlı fiqurlar almaq olur.
Diqqət edin ki, kvadrat çəkərkən Bağa hərəkətini başladığı nöqtədə də sona çatdırır. Yəni Bağanın başlanğıc və son vəziyyəti üst-üstə düşür. Kvadrat çəkərkən o, dörd dəfə dönərək tam dövrə vurur. Onda dönmə bucağını belə hesablamaq olar: 360 : 4 = 90.
Eyni qayda ilə asanlıqla başqa düzgün çoxbucaqlılar da çəkmək olar. Düzgün çoxbucaqlı dedikdə tərəfləri və bucaqları eyni olan fiqurlar nəzərdə tutulur. Düzgün beşbucaqlı çəkmək üçün Bağa hər dəfə 72 (360 : 5 = 72) dərəcəli bucaq qədər dönəcək. Altıbucaqlı halında dönmə bucağı 60 olacaq (360 : 6 = 60).
Aşağıdakı cədvəldə bəzi düzgün çoxbucaqlıları çəkmək üçün Bağanın dönmə bucağı göstərilib.
Çoxbucaqlı | Təpələrin sayı | Təpədə dönmə bucağı | Rəsm |
Üçbucaq | 3 | 360 : 3 = 120 | |
Kvadrat | 4 | 360 : 4 = 90 | |
Beşbucaqlı | 5 | 360 : 5 = 72 | |
Altıbucaqlı | 6 | 360 : 6 = 60 |