18. PROQRAMLAŞDIRMA MÜHİTİNDƏ DÖVR
Fəaliyyət
Xətti alqoritmi vərəqdə dövri alqoritm şəklində yazın.
sağa 120
irəli 100
sağa 120
irəli 100
sağa 120
irəli 100
Nəticəni müzakirə edək:
“Dövri alqoritmlər” mövzusunda təkrarlanan addımların dövr vasitəsilə verilməsinin üstünlüyü göstərilmişdi: dövrlər alqoritmin yazılışını qısaldır. ALPLogo mühitində də dövr yaratmaq üçün təkrarla komandasından istifadə olunur. ALPLogo mühitində dövr komandasının ümumi şəkli aşağıdakı kimidir:
təkrarla n
[
komanda 1
komanda 2
. . .
]