Araşdıraq – öyrənək
Müxtəlif çəkiyə malik iki limondan yüngül olanı tapmaq lazımdır. Limonların çəkilərini uyğun olaraq c1 və c2 dəyişənləri ilə işarə edək. Bu məsələnin həlli üçün ALPLogo mühitində yazılmış proqram belə olar:
dəyişən c1
dəyişən c2
c1 = 100
c2 = 120
əgər (c1 < c2)
[yaz “1-ci limon yüngüldür”]
əkshalda
[yaz “2-ci limon yüngüldür”]
c1 və c2 dəyişənlərinə müxtəlif qiymətlər verməklə proqramın nəticəsini izləyin.
Öyrəndiklərinizi yoxlayın
dəyişən k
k = -45
əgər (k > 0)
[yaz “k müsbət ədəddir”]
əkshalda
[yaz “k mənfi ədəddir”]